...

Gürcüstan Milli Qvardiyasına muzdluların çağırışı başlanıb

Dünya xəbərləri Materials 20 İyul 2006 15:35 (UTC +04:00)

Bü gün Gürcüstanda Milli Qvardiyaya muzdlular cəlb olunmağa başlayıb. Bu barədə jurnalistlərə qvardiyanın komandanı Akaki Boboxidze Kaxeti regionuna qayıtmazdan əvvəl bildirib.

Trend "Kavkaz-press"a istinadən xəbər verir ki, onun sözlərinə görə, Milli Qvardiyanın üzvləri Gürcütsnın bütün ərazisini gəzərək çağırışın şərtlərini izah edəcək. "Biz yaxşı şərtlər təklif edirik. Milli Qvardiyada on başının minimal əmək haqqı 600 lari, çavuşun əmək haqqı isə daha yüksəkdir, çünki bu məbləğin üstünə əlavə pullar da gəlir" - deyə A.Boboxidze qeyd edib.

Komandan vurğulayıb ki, vətənə xidmət etmək möhtərəm vəzifədir.

Xəbər lenti

Xəbər lenti