...

Yuliya Timoşenko bloku parlamentin buraxılacağı ümidi ilə Ukrayna Ali radasının iclas zalını tərk edib

Dünya xəbərləri Materials 20 İyul 2006 17:31 (UTC +04:00)

Yuliya Timoşenko Blokundan xalq deputatları bu gün Regionlar Partiyası, sosialist və kommunistlər arasında koalisiyanın yaranmasına etiraz əlaməti olaraq, parlamentin iclas zalını tərk ediblər. Deputatlar Ali radadakı sektorlarını Ukrayna bayrağı ilə örtüblər.

Trend in RBK-yə istinadən xəbər verdiyi kimi, aksiyanın təşəbbüskarı - blokun lideri Yuliya Timoşenko bəyan edib ki, xalq deputatları iyulun 25-ə - Ukrayna prezidenti Viktor Yuşenkonun parlamenti buraxmaq hüququnu əldə etmə vaxtına qədər parlamenti tərk ediblər.

Y.Timoşenkonun qeyd etdiyi kimi, onun blokunun təşəbbüsü ilə "geniş miqyaslı hüquqi ekspertiza" keçirilib. Bu ekspertiza Ali radanın buraxılması üçün əsasların olduğundan xəbər verir. Bu sənədlər prezidentə təqdim olunub. "Prezident seçkiləri vaxtından əvvəl elan etmək üçün bütün əsaslara malikdir", - deyə Y.Timoşenko qeyd edib və indiki parlamentin tərkibini "satqın və xain" adlandırıb.

"Prezident seçkilərin vaxtından əvvəl keçirilməsi barədə fərman çıxarmayanadək, fraksiyamız bu zalı iyulun 25-ə qədər tərk edir", - deyə blokun lideri bildirib.

Xəbər lenti

Xəbər lenti