...

Tacikistan, Əfqanıstan və İran prezidentləri Düşənbədə terrorla mübarizə sahəsində qarşılıqlı əlaqə məsələlərini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 26 İyul 2006 17:00 (UTC +04:00)

Tacikistan, Əfqanıstan və İran prezidentləri bu gün Düşənbədə terrorla, mütəşəkkil cinayət və narkotiklərin yayılması ilə mübarizə sahəsində qarşılıqlı əlaqə məsələlərini müzakirə edəcəklər. Bu barədə İTAR-TASS-ın müxbirinə tacik dövlətinin başçısının mətbuat xidmətindən xəbər veriblər və qeyd ediblər ki, İran lideri iyulun 25-dən Düşənbədə rəsmi səfərdədir, Əfqanıstan prezidenti isə günün ikinci yarısında ora gələcək.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, üçtərəfli görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət, o cümlədən Livan-İsrail münaqişəsi gözdən keçiriləcək. Mətbuat xidməti nümayəndəsinin sözlərinə görə, "bu məsələ üzrə rəsmi Düşənbənin mövqeyi aydın və qətidir - biz bütün münaqişələrin həllində yalnız siyasi dialoqun tərəfdarıyıq və əminik ki, güc variantı bu zərif və partlamaq təhlükəsi olan bölgədə yalnız gərginliyin çoxalmasına səbəb olur".

Tərəflər hidroenergetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Hər şeydən əvvəl, söhbət Əfqanıstan ərazisindən keçməklə, Tacikistandan İrana enerjipaylayıcı xəttin tikintisindən gedəcək. Tacik tərəfi, gözlənildiyi kimi, əfqan və İran hökümətinə sərhəddə yerləşən Pənc çayı üzərində 3 mlrd. ABŞ dolları dəyərində Daşticum SES-in tikintisində iştirak etməyi təklif edəcək.

Üçtərəfli görüşün sonunda birgə rəsmi məlumat imzalanacaq.

Xəbər lenti

Xəbər lenti