...

"Əl-Qaidə" İsraillə mübarizədə "Hizbullah"a yardım etməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 27 İyul 2006 18:52 (UTC +04:00)

"Əl-Qaidə" beynəlxalq terror şəbəkəsi İsraillə mübarizədə "Hizbullah" radikal hərəkatına yardım etməyə hazırdır. Bu gün Qətərin Al-Jazeera telekanalı audio yazı yayıb. Bu yazıda "Əl-Qaidə"nin liderlərindən biri, "2№-li terrorçu" Ayman əz-Zəvahiri bildirib ki, "Əl-Qaidə" Livan-İsrail münaqişəsindən kənarda qalmayacaq. O deyib ki, "ƏL-Qaidə" İsrail mərmilərinin Livanda və Qəzza sektorunda müsəlman qardaşların üzərinə necə düşməsinə sakitcə oturub baxmayacaq".

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, terrorçunun sözlərinə görə, "indi bütün dünya döyüş meydanı olub". O əlavə edib ki, "İsraillə müharibə atəşin dayandırılmasından asılı deyil". "Bu - cihad, "müqəddəs müharibədir" və dinimiz qalib gələnədək davam edəcək", - deyə A.əz-Zəvahiri bəyan edib və qeyd edib ki, "İspaniyadan İraqa qədər" ərazini nəzərdə tutur.

Terrorçu "İsrailə silah verən və xristianlar koalisiyasına daxil olan" ölkələri "əməllərinə görə cəzalanacaqları" ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti