...

Gürcüstan silahlıları E.Kvitsianinin Kodor dərəsindəki evini bombalayıblar

Dünya xəbərləri Materials 27 İyul 2006 19:15 (UTC +04:00)

Gürcüstan KİV-lərin məlumatına görə, bu gün səhər Gürcüstan silahlıları Kodor dərəsindəki Çxalta kəndini bombalayıblar. İtki yoxdur. İlkin məlumata görə, yığma qoşun döyüşçülərinin lideri Emzar Kvitsianinin yaşadığı ev dağıdılıb. Hazırda E.Kvitsiani Abxaziya prezidenti Sergey Baqapşın bir neçə mühafizəçisi də daxil olmaqla, təxminən 80 silahlı şəxslə dərədədir. Lakin onun, əvvəlki kimi, Ajara kəndi yaxınlığındakı kənddə olması məlum deyil.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, qeyri-rəsmi məlumata görə, üç polis yaralanıb. KİV-in xəbər verdiyi kimi, yerli əhali hüquq-mühafizə orqanlarına müqavimət göstərmir.

Gürcüstanın hökümət orqanları dərədəki 7 kənddən 4-ə nəzarət edir. Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Givi Tarqamadzenin bəyan etdiyi kimi, xüsusi əməliyyat bu gün başa çatacaq.

Gürcüstan DİN-in iyulun 26-da güclü dumana görə dayandırılmış Kodor dərəsindəki polis antikriminal əməliyyatı bu gün səhər bərpa edilib. Çxalta kəndində və dərənin digər kəndlərində axtarış aparılıb. Gürcüstan DİN mənbəsinin məlumatına görə, çoxlu sayda odlu silah əldə edilib. Hava şəraitinə görə, dərədəki yaralıları apara bilmirlər. Qeyri-rəsmi məlumata görə, xüsusi əməliyyat nəticəsində 100-dən çox yığma qoşun döyüşçüsü təslim olub.

"Ovçu" hərbiləşdirilmiş dəstəsinin keçmiş komandiri Emzar Kvitsiani Tbilisinin itaətsizliyi və gürcü silahlılarına qarşı silahlı müqavimətin göstərilmə ehtimalının olmasını bəyan etdikdən sonra bu il iyulun 23-də Kodor dərəsi ətrafındakı vəziyyət (Abxaziya ərazisinə Gürcüstan tərəfindən nəzarət edilir) gərginləşib.

Xəbər lenti

Xəbər lenti