...

İsrail hökuməti Livana miqyaslı hücumlara qarşı çıxıb

Dünya xəbərləri Materials 28 İyul 2006 16:42 (UTC +04:00)

İsrail hökuməti Livana miqyaslı hücumlara qarşı çıxıb. "Kol İsrael" radiostansiyasının məlumatına görə, ölkə yerüstü reydlər və hava zərbələri taktikasının davam etdirilməsinə üstünlük verib.

Trend in RİA Novosti agentliyinə istinadən xəbər verdiyi kimi, tərkibinə ölkənin əsas nazirlik və idarə başçılarının daxil olduğu hərbi-siyasi kabinet hətta orduya ehtiytada olanların kütləvi çağırışı ilə bağlı təklifini rədd edib və Suriyaya qarşı hərbi əməliyyatların başlanması planlarının olmadığını bir daha bəyan edib.

Kabinetin iclası İsral qoşunlarının Livan kampaniyasının iki həftəsi ərzində ən ağır itkilərə məruz qaldıqdan sonra səhəri gün keçirilib.

Dünən Livanın cənubunda gedən döyüşlərdə 9 hərbi qulluqçu, o cümlədən "Qolani" briqadasının Bint-Cubeyldə fəaliyyət göstərən 51-ci batalyonunun 8 döyüşçüsü həlak olub. Kampaniyanın başlanmasından bəri İsrail tərəfdən 33 hərbçi həlak olub.

Xəbər lenti

Xəbər lenti