...

Sergey İvanov Kodor dərəsinin yuxarı hissəsində Gürcüstan silahlı birləşmələrinin beynəlxalq inspeksiyasını zəruri sayır

Dünya xəbərləri Materials 31 İyul 2006 17:20 (UTC +04:00)

Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov Kodor dərəsinin yuxarı hissəsindəki Gürcüstan silahlı birləşmələrinin beynəlxalq inspeksiyasını zəruri sayır.

"Həm BMT müşahidəçiləri, həm də Rusiya sülhməramlıları Kodor dərəsinin yuxarı hissəsində olan guya polis qüvvələrinin tam və ümumi inspeksiyasını tələb edir", - deyə iyulun 31-də jurnalistlərlə söhbətində S.İvanov bəyan edib.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, "BMT-nin beynəlxalq müşahidəçiləri artıq çoxdan bəyan edib ki, Gürcüstan Müdafiə Nazirliyinin, o cümlədən daxili qoşun bölmələrinin orada olması Gürcüstan nümayəndələrinin imzaladığı beynəlxalq sazişlərin kobud surətdə pozulması deməkdir".

Xəbər lenti

Xəbər lenti