...

Ukraynanın Ali Radası ölkədə qazla təminatın vəziyyətini yoxlayacaq

Dünya xəbərləri Materials 3 Avqust 2006 19:24 (UTC +04:00)

Bu gün, avqustun 3-də səhər keçirilən plenar iclasda Ukraynanın Ali Radası Ukrayna istehlakçılarının təbii qazla təmin edilməsi ilə bağlı vəziyyətin yoxlanması məsələləri üzrə müvəqqəti parlament istintaq komissiyasının yaradılmasının nəzərdə tutulduğu qətnamə qəbul edib. REGNUM İA-nın müxbirinin xəbər verdiyi kimi, bu qərarın qəbul olunması üçün 246 deputat səs verib.

Trend in xəbər verdiyi kimi, bundan əvvəl Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkov deputatlar qarşısında çıxış edərək bildirib ki, Ukraynanın energetika və neft-qaz sahələri 2006-2007-ci ilin payız-qış dövründə sabit və səmərəli surətdə işləyəcək. Onun sözlərinə görə, bu ilin altı ayı ərzində isitmə mövsümündə sahələrin sabit işləməsi üçün lazımi şərait yaradılıb. Həmçinin nazir qeyd edib ki, Ukraynanın yeraltı anbarlarına vurulmuş qaz həcmi ölkə iqtisadiyyatının payız-qış dövründə sabit işləməsi və qazın Avropaya etibarlı tranzitinin təmin edilməsi üçün kifayət edəcək.

Xəbər lenti

Xəbər lenti