...

Slovakiya parlamenti yeni höküməti təsdiq edib

Dünya xəbərləri Materials 4 Avqust 2006 18:46 (UTC +04:00)

Slovakiya parlamenti bu gün sosial-demokrat, "Smer" partiyasının lideri Robert Fitsonun başçılığı altında yeni koalisiya hökümətinin tərkibini təsdiq edib. Qərar 45 "əleyhinə", 80 "lehinə" səslə qəbul olunub. Bu barədə (C) Associated Press xəbər verib.

Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, R.Fitso təqaüdçülər, aztəminatlı vətəndaşlar və işsizlərin dəstəyindən istifadə edir. Yeni hökümətin planlarına əsas bəndi - hazırda ölkədə fəaliyyət göstərən vahid 19 faiz dərəcəsi əvəzinə gəlir vergisinin elastik şkalasının tətbiq edilməsi olan vergi islahatları daxildir.

Slovakiya əsgərlərini İraqdan çıxarmağa söz verdikdən sonra R.Fitso əlavə populyarlıq əldə edib. Polşanın komandanlığı altında Slovakiya ordusunun 104 hərbi qulluqçusu 2003-cü ildən etibarən İraqdadır.

Xatırladaq ki, ölkə prezidenti İvan Qasparoviç "Smer" partiyasının parlament seçkilərində keçmiş baş nazir M.Dzurindanın başçılıq etdiyi partiyaya qalib gəlməsindən sonra bu il iyulun 19-da R.Fitsoya koalisiya höküməti yaratmağı həvalə edib.

Xəbər lenti

Xəbər lenti