...

ABŞ və Rusiya atom energetikasında əməkdaşlıq haqqında qərarların icrasına başlayıb

Dünya xəbərləri Materials 4 Avqust 2006 18:48 (UTC +04:00)

ABŞ və Rusiya atom energetikasında əməkdaşlığın genişləndirilməsi haqqında prezidentlərin verdiyi qərarların icrasına başlayıb. Bu barədə Vaşinqtonda jurnalistlərə Amerikanın Energetika Nazirliyinin başçısının köməkçisi Dennis Spercen bəyan edib.

Trend in xəbər verdiyi kimi, bu yaxınlarda Sankt-Peterburqdakı sammitdə əldə edilmiş razılaşmaya əsasən, hər iki dövlət atom enerjisinin dinc məqsədlərlə istifadəsində qarşılıqlı fəaliyyət haqqında yeni sazişin hazırlanması barədə danışıqlara başlamalıdırlar. Tərəflər artıq atom energetikası sahəsində Amerikanın qlobal tərəfdaşlıq proqramının konkret istiqamətləri və nüvə yanacaq silsiləsi sahəsində xidmətin göstərilməsi üçün mərkəzlərin yaradılması ilə bağlı Rusiyanın təşəbbüsü üzrə əməkdaşlıq planlarını tərtib etməyə başlayıb. Bu yaxınlarda Rusiya dördüncü nəsil nüvə reaktorlarının (Gen-4 və ya GİF) yaradılması üzrə beynəlxalq foruma qəbul olunub.

Xəbər lenti

Xəbər lenti