Bu gün Ukrayna hökuməti baş nazir Viktor Yanukoviçın rəhbərliyilə ilk işçi icasını keçirəcək. Nazirlər Kabineti 2007-ci ilə olan sosial-iqtisadi inkişaf proqnozunu müzakirə edəcək.
Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, nazirlər öz işlərinin təşkilati məsələlərinə də nəzər salacaq. İclas əvvəlkindən fərqli olaraq 3 saat deyil, 1 saat davam edəcək. Bundan sonra baş nazir mətbuat konfransı keçirmək niyyətindədir.
V.Yanukoviç hökumətin ilk vəzifəsi kimi 2006-cı il büdcəsinə dəyişikliklər edilməsini və dövlət xəzinəsində 1,2 mlrd. dollara çatmış defisitin aradan qaldırılmasını göstərib.