...

Ukrayna prezidenti baş nazirlə Rusiyaya səfərin təfərruatını müzakirə edib

Dünya xəbərləri Materials 15 Avqust 2006 16:12 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko baş nazir Viktor Yanukoviçlə telefon vasitəsilə danışıb. Tərəflər ölkədəki cari iqtisadi vəziyyəti və hakimiyyət orqanlarının formalaşdırılması prosesini müzakirə edib. Bu barədə "REGNUM"a dövlət başçısının mətbuat xidmətindən xəbər veriblər. Söhbət zamanı V.Yanukoviçin avqustun 15-dən 16-dək Rusiyaya ilk səfərinin təfərruatı da müzakirə olunub. Ukrayna prezidenti və baş nazir Rusiyaya səfərdən sonra görüşməyi razılaşıb.

V.Yanukoviç Avrasiya İqtisadi Cəmiyyətinin qeyri-rəsmi zirvə görüşünün keçiriləcəyi Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi və Ukrayna-Rusiya hökumətlərarası danışıqlarını keçirməyi planlaşdırır. Danışıqlar zamanı toxunulacaq əsas problemlər arasında ticarət-iqtisadiyyat və yanacaq-energetika sahəsində Ukrayna-Rusiya əməkdaşlığıdır. Baş nazirin sözlərinə görə, bundan əlavə o, Yuşenko-putin komissiyasının iclasına hazırlıq görməlidir. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti