Gürcüstan hökumətinin avqustun 18-də saat 17:00-da keçirilməli olan iclası qeyri-müəyən vaxta təxirə salınıb.
Trend in Novosti-Qruziya-ya istinadən xəbər verdiyi kimi, Gürcüstan dövlət dəftərxanasında iclasın təxirə salınması səbəbləri açıqlanmır. İclas təxminən çərşənbə günü keçiriləcək.
Gürcüstanın baş naziri Zurab Noqaidelinin Tiflisə gəlməsindən bir neçə saat əvvəl onun BMT-nin qaçqınlar üzrə ali komissarı Antoniu Quterrişlə görüşü də təxirə salınıb. Görüş qapalı şəraitdə keçəcək.
Qeyd edək ki, Batumidən qayıdan Zurab Noqaideli Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak edib.