2007-ci ildə Rusiyada yaşayış minimumunun səviyyəsi 4 min 414 rubl təşkil edəcək. Gəliri yaşayış minimumundan az olan vətəndaşların sayı isə 14% azalacaq. Bu barədə RF maliyyə nazirinin müavini Anton Siluanov sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə 3 tərəfli komissiyanın iclasında məlumat verib.
Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, 2005-ci ildə gəlirləri yaşayış minimumundan az olan vətəndaşların sayı 18,4% təşkil edib. Əmək haqları isə həm büdcəçilərin məvaciblərinin, həm də iqtisadiyatın real sektorunda əməyin ödənilməsinin artırılması hesabına baş verir. Bu barədə PRAYM-TASS xəbər verir.