...

Küveyt su ixracında Gürcüstana kömək etmək niyyətindədir

Dünya xəbərləri Materials 14 Sentyabr 2006 16:26 (UTC +04:00)

Küveyt su ixracında Gürcüstana kömək təklif edir. Bu təşəbbüs sentyabrın 14-də Gürcüstan parlamentinin sədri Nino Burcanadze və Küveytin baş naziri şeyx Məhəmməd Ələhməd Al-Sabahın görüşü zamanı irəli sürülüb.

Parlamentin maliyyə-büdcə komitəsinin sədri İrakli Kovzanadzenin Trend in Tiflisdəki xüsusi müxbirinə verdiyi məlumata görə, Küveyt suyun təkcə ölkəyə deyil, həm lə Fars körfəzi ölkələrinə ixrac olunmasında Gürcüstana kömək etməyə hazırdır.

"Bu, çox mühüm təşəbbüsdür və Gürcüstanın gəlirlərinin artmasına xeyli kömək edəcək", - deyə İ.Kovzanadze bəyan edib.

Xəbər lenti

Xəbər lenti