2006-cı ilin avqustunda Ukraynada ÜDM 7,1%, yanvar-avqustda isə 5,7% artıb. Bu məlumatlar Ukraynanın iqtisadiyyat nazirinin birinci müavini Anatoli Maksyut tərəfindən sentyabrın 14-də "Ukraynanın 2007-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin təqdimatı zamanı açıqlanıb. Bu barədə Trend in Ukraynadakı xüsust müxbiri məlumat verir.
Nazirliyin məlumatına əsasən, cari ilin 8 ayı ərzində sənaye məhsulu istehsalının artım həcmi 5,4%, sənaye məhsulu istehsalçılarının qiymətlər indeksi 8,5% təşkil edib.
A.Maksyutun sözlərinə görə, ÜDM-nin artımı əsasən maşınqayırma, yeyinti sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, metallurgiya və metal emalı sahələrində istehsalın artması ilə əlaqədar baş verib.
2005-ci ilin müvafiq dövrləri ilə müqayisədə, 2006-cı ilin iyulunda Ukraynada real ÜDM 7,7%, yanvar-iyul aylarında - 5,5%, artıb.