Tiflisdə Fransanın Alcatel telekommunikasiya şirkətinin nümayəndəliyi açılıb. Trend in Tiflisdəki xüsusi müxbirinə nümayəndəlikdən verilən məlumata görə, ofis şirkətin məhsullarının satışı, marketinq və digər əməliyyatların həyata keçirliməsi ilə məşğul olacaq.
Fransa şirkəti Gürcüstan bazarında iştirakını intensivləşdirmək və yeni satış bazarları tapmaq niyyətindədir.
Alcatel şirkətinni ofisindən bildirilib ki, "Gürcüstan kiçik ölkə olsa da, biz burada artan potensialı görürük. Buna görə də ölkədə yeni layihələr gerçəkləşdirməyi qərara almışıq. Bununla yanaşı, Alcatel genişləndirmə siyasəti aparır".
Şirkət ilk növbədə telefon rabitə bazarında (həm müəyyən edilmiş, həm də mobil rabitə bazarında) fəallıq göstərəcək. Alcatel kompüter bazarına da maraq göstərəcək.