...

İqor İvanov və Əli Laricani Tehranda İranın nüvə problemini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 3 Oktyabr 2006 15:36 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanov çərşənbə axşamı Tehranda İranın Ali Milli Təhlüksizlik şurasının katibi Əli Laricani ilə görüşəcək.

İRNA-nın müxbiri xəbər verir ki , bu barədə bu gün İİR AMTŞ katibi Rəhmani-Fəzli bildirib. Onun sözlərinə görə, danışıqlar İran və Rusiyanın təhlükəsizlik şuralarının xətti üzrə mütəmadi məsləhətləşmələr çərçivəsində keçiriləcək. Bu barədə Trend xəbər verir.

"Əli Laricani və İqor İvanov İranın nüvə problemini, regional və beynəlxalq problematikanı müzakirə edəcəklər", - deyə Rəhmani-Fəzli qeyd edib.

RF TŞ katibi İqor İvanov artıq cari il mayın 27-28-də Tehranda səfərdə olub.

Xəbər lenti

Xəbər lenti