Acarıstan Muxtar Respublikasının Maliyyə və İqtisadiyyat Nazirliyi "Batumi kimya zavodu" SC-nin satışı üçün müsabiqə elan edib. Nazirlikdən Trend in xüsusi müxbirinə verilən məlumata görə, hərrac noyabrın 11-də Batumidə keçiriləcək. Müəssisənin nizamnamə kapitalı 319882 ABŞ dollarıdır. Başlanğıc alış qiyməti 77389 ABŞ dollarıdır.
Müəssisənin debitor borcu 11082 lari (6000 dollar), kreditor borcu 96705 laridir (46300 ABŞ dolları). Ödəniş şərti: beh - 20000 dolların milli valyutada ekvivalenti, iştirakçının bileti- 50 laridir.
Obyekti Acarıstan Muxtar Respublikasının Maliyyə və İqtisadiyyat Nazirliyi satır. Arzu edənlər ərizələrini noyabrın 11-i saat 16:00-da qədər təqdim edə bilərlər.
Hərracda qaliblərin müəyyənləşdirilməsi meyarı - 2 000 ABŞ dollarının milli valyutada ekvivalentindən ibarət "hərracın addımını" nəzərə alaraq, başlanğıc qiymətdən az olmayaraq, obyektə görə maksimal qiymətin təklif olunmasıdır.