...

Səfir: Polşa əmindir ki, Ukraynanın Avroatlantika kursu dəyişməz qalacaq

Dünya xəbərləri Materials 6 Oktyabr 2006 18:51 (UTC +04:00)

Polşa əmindir ki, Ukraynanın Avroatlantika kursu dəyişməz qalacaq. Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün Kiyevdə "dəyirmi masa" zamanı Polşa Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Yatsek Klyuçkovski bildirib.

Buna baxmayaraq, səfir güman edir ki, Ukrayna noyabrın 28-29-da keçiriləcək Riqa sammitində NATO-ya üzvlüyə dair Fəaliyyət planına qoşulmayacaq.

"Biz anlayırıq ki, indi Ukrayna Riqa sammiti qarşısında Alyansa üzvlük Planına dair ərizə verməyəcək", - deyə Y.Klyuçkovski bildirib.

Eyni zamanda o, vurğulayıb ki, Ukrayna rəhbərliyi bu cür qərar qəbul edərsə, Polşa həmin qərarı dəstəkləyəcək.

Xəbər lenti

Xəbər lenti