Lüksemburq Livandakı beynəlxalq sülhməramlı qüvvələrin tərkibinə iki sülhməramlı göndərir. Onlar Livana oktyabrın 9-da çatacaq.
Lüksemburq KİV-nin məlumatına görə, hər iki sülhməramlı Livan-İsrail sərhədinin 12 km-də Tibnin şəhərində yerləşən Belçika hərbi kontingentinin tərkibinə daxil olacaq. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
400 nəfərədək hərbi qulluqçudan ibarət ümumi Belçika-Lüksemburq kontingentinin tərkibində Lüksemburq Silahlı Qüvvələrinin mayoru Jan-Pol Helfen mühəndislik və tibbi fəaliyyət üzrə komandanlıq edəcək, o cümlədən təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyacaq. Öz növbəsində, kiçik zabit Rolan Birxen istehkamçı qrupa daxil olacaq.
Hər iki hərbi qulluqçu Livanda 2007-ci ilin fevralınadək xidmət edəcək.
AB ölkələri BMT-nin Livandakı beynəlxalq qüvvələrinin tərkibinə 7000-ə qədər sülhməramlı göndərməyi qərara alıb.
Lüksemburqlu hərbi qulluqçular Kosovo, Bosniya və Hersoqovina, Əfqanıstan və Konqoda sülhyaratma missiyyalarında da iştirak edir.