...

Seçkilərin ikinci turu öncəsi Braziliyanın hazırki prezidenti L.İ. Lula da Silva liderlik edir

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 14:51 (UTC +04:00)

Keçirilmiş son sosialoji sorğulara əsasən, 2006-cı ilin oktyabrın 29-na təyin lunmuş dövlət başçıları seçkilərinin ikinci turu öncəsi seçkiqabağı yarışda Braziliyanın hazırki prezidenti Luis İnasio Lula da Silva liderlik edir. "Associated Press" xəbər verir ki, seçicilərin 46%-i L.İ.Lula da Silvanın oponenti - "sağmərkəzçi" Jerald Alkminin lehinə səs verməyə hazır olduğu halda, hazırki prezideti seçicilərin 54%-i dəstəkləməyə hazırdır. Sorğu 2006-cı ilin oktyabrın 5-6-da yerli telekanal tərəfindən Braziliyanın 5,8 min sakini arasında aparılıb. RBK-ya istinadən Trend xəbər verir ki, sorğuda xəta 2% təşkil edir.

Xatırladaq ki, Braziliyada prezident seçkilərinin birinci turu 2006-cı ilin oktyabrın 1-də baş tutub. Bu turda namizədlərin heç biri lazımi səs çoxluğunu (50% üstəgəl 1 səs) toplaya bilməyib. Səsvermənin birinci raundunun yekunlarına əsasən, Luis İnasio Lula da Silva seçicilərin 48,8%, J.Alkmin isə 41,4% səsini toplayıb.

Xəbər lenti

Xəbər lenti