Türkiyə Milli Məclisinin iclasında ölkənin təhsil naziri Hüseyn Çəlik tərəfindən nazirliyə qanunsuz təyinatların həyata keçirilməsi ilə bağlı məsələnin parlamentin müzakirəsinə çıxarılmasının məqsədəuyğunluğu üzrə səsvermə keçiriləcək.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, bundan başqa parlamentə seçilən şəxslərin yaş məhdudiyyətinin 25 yaşadək azaldılması haqqında qanun layihəsi də nəzərdən keçiriləcək. Hazırda Türkiyə parlamentinə ən azı 30 yaşlı ölkə vətəndaşları seçilə bilər.