Sabah Litvanın xarici işlər naziri Pitras Vaytekunasın Ukraynaya işgüzar səfəri başlayacaq. Bu barədə bu gün brifinqdə XİN mətbuat xidmətinin rəhbəri Andrey Deşitsa məlumat verib.
"Bu gün səfərin işıqlandırılması üçün KİV nümayəndələrinin akkreditasiyası haqqında məlumat elan olunacaq", - deyə Deşitsa bildirib.
ForUm-dan verilən məlumata görə, Litvanın XİN başçısı Ukraynanın xarici işlər naziri Boris Tarasyukun dəvəti ilə gələcək.
Səfər çərçivəsində Vaytekunasın Ukraynanın yüksək vəzifəli şəxsləri ilə görüşləri planlaşdırılır. Bu barədə Trend xəbər verir.
Avrointeqrasiya və Avroatlantika tematikası məsələlərinin, iki ölkənin beynəlxalq və regional səviyyədə qarşılıqlı əlaqəsinin müzakirə edilməsi planlaşdırılır.