...

İran nüvə proqramından imtina etmək fikrində deyil

Dünya xəbərləri Materials 11 Oktyabr 2006 15:12 (UTC +04:00)

İranın mənəvi lideri Ayatulla Əli Xamneyi bildirib ki, beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, onun ölkəsi nüvə proqramından imtina etməyəcək. Bu barədə (C) Associated Press məlumat verir.

"İranın siyasəti sadədir: biz tərəqqiyə can atırıq və öz hüquqlarımızdan istifadə edirik", - deyə o bildirib. "Əgər biz seçdiyimiz yoldan imtina etmək qərarına gəlsəydik, yəqin ki, indi bundan peşman olardıq, lakin canımızı dişimizə tutaraq, həmin yolla getməkdə davam edirik", - deyə Ə.Xamneyi bildirib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti