...

Kanat Bozumbayev: Yaxın 5 il ərzində Qazaxıstan energetikasına $4 mlrd. sərmayə qoymaq lazımdır

Dünya xəbərləri Materials 16 Oktyabr 2006 15:52 (UTC +04:00)

Yaxın 5 il ərzində Qazaxıstan energetikasına $4 mlrd. həcmində sərmayə qoymaq lazımdır. Bu barədə Trend in Astanadakı müxbirinə Qazaxıstan milli şirkətinin prezidenti Kanat Bozumbayev məlumat verib.

O hesab edir ki, ən azı iki ildən sonra Qazaxıstan hazırda Rusiyada mövcud olan enerji çatışmazlığı ilə üzləşə bilər.

"Hələlik bizim iki il vaxtımız var. Qazaxıstanda sərbəst istehsal obyektləri mövcuddur. Ancaq heç bir obyekt inşa etməsək, o zaman 2008-ci ildə elektrik enerji çatışmazlağı da yaranacaq", - deyə K.Bozumbayev proqnoz qoyur.

Bununla belə o dəqiqləşdirir ki, enerji sahəsində yeni layihələr artıq nəzərdən keçirilir və tezliklə bunlar barədə məlumat veriləcək. Şirkət prezidentinin sözlərinə görə, enerji böhranına yol verməmək üçün yaxın 5 il ərzində Qazaxıstan energetikasına ən azı 4 milyard dollar sərmayə qoymaq lazımdır.

Xəbər lenti

Xəbər lenti