Bu gün səhər Kiyevdə yol nəqliyyat qəzası nəticəsində Ali Radanın "Naşa Ukraina"dan olan millət vəkili Yuri Orobets həlak olub.
Trend in Kiyevdəki xüsusi müxbirinin xəbər verdiyi kimi, Ukrayna DİN DAM Departamentinin mətbuat xidməti bildirir ki, hadisə Kiyevdə 8.00 radələrində "Obolon" və "Petrovka" metro stansiyaları arasındakı avtomobil yolunda baş verib.
İlkin məlumatlara görə, "Toyota-Kamri" şəxsi avtomobilinin sükanı arxasında əyləşmiş deputat maşını idarə edə bilməyərək onu elektrik dirəyinə çırpıb.
Hadisə yerində istintaq-operativ qrupları işləyir. Qəzanın başvermə səbəbləri araşdırılır.