...

Ukrayna və Rusiya DİN-lərin birgə kollegiyası tərəflərin razılığı ilə noyabrın sonuna keçirilib

Dünya xəbərləri Materials 19 Oktyabr 2006 19:01 (UTC +04:00)

Ukrayna və Rusiya DİN-in oktyabrın 20-də Kiyevdə keçirilməli olan birgə kollegiyası tərəflərin razılığı ilə noyabr ayının sonuna keçirilib. Bu barədə İTAR-TASS-ın müxbirinə Ukrayna DİN-in əməkdaşı Yelena Tıtarçuk məlumat verib.

Onun verdiyi məlumata görə, "tərəflər bəzi sənədləri tamamlayıblar".

Lakin kollegiyanın başqa vaxta keçirilməsi Ukraynadakı daxili siyasi vəziyyət, o cümlədən, Ukrayna DİN başçısı Yuri Lutsenkonun istefası ilə əlaqədardır. Bu gün o, parlamentə müvafiq ərizə təqdim edib. Lutsenko "Bizim Ukrayna" iqtidar blokundan olan dörd nazirlə birgə müxalifətə keçməsi haqqında bəyanat verib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti