...

Toni Snou: ABŞ Şimali Koreyanı diz çökdürməyə hazırlaşmır

Dünya xəbərləri Materials 20 Oktyabr 2006 13:51 (UTC +04:00)

ABŞ Şimali Koreyanı diz çökdürməyə hazırlaşmır. Bu barədə Ağ Evin nümayəndəsi Toni Snou bəyan edib. "Şimali Koreya və bütün dünyaya bildirmək istəyirəm ki, biz nəinki KXDR-i diz çökdürməyə hazırlaşmırıq, hətta bu ölkəyə sərfəli təklif etmək niyyətindəyik. Biz KXDR-ə güclü iqtisadiyyat, yüksək səviyyəli təhlükəsizlik, beynəlxalq iqtisadiyyata inteqrasiya təklif etmək istəyirik. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

(C) Associated Press agentliyinin məlumatına görə, T.Snou onu da bildirib ki, ABŞ bütün bunları ona görə edir ki, Şimali Koreya böhranı hamı üçün yaxşılıqla həll olunsun.

Bəyanat Şimali Koreya ordu komandanlığının yüksək vəzifəli nümayəndəsinin çıxışına cavab olaraq verilib. Çıxışda deyilirdi ki, ABŞ prezidenti Corc Buş "KXDR-i diz üstə çökdürmək" cəhdlərini davam etdirir və buna görə də müharibə qaçılmazdır.

Xəbər lenti

Xəbər lenti