...

Vladimir Putin İranın nüvə proqramı üzrə danışıqların davam etdirilməsinə tərəfdardır

Dünya xəbərləri Materials 31 Oktyabr 2006 16:37 (UTC +04:00)

Oktyabrın 31-də İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Mahmud Əhmədinecat arasında telefon söhbəti olub. Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat xidməti məlumat verir.

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin müzakirəsi zamanı prezident Vladimir Putin Rusiyanın danışıqlar prosesinin davam etdirilməsinə tərəfdar olan prinsipial mövqeyini bildirib. Bundan başqa, söhbət zamanı Rusiya və İran arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi də aparılıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti