...

Qazaxıstan hökumətinin ehtiyatı 2 mlrd tenqe azalıb

Dünya xəbərləri Materials 1 Noyabr 2006 10:58 (UTC +04:00)

Qazaxıstan hökumətinin ehtiyatı 2 mlrd tenqe azalıb. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Danial Axmetov ölkə parlamentinin Məclis və Senat deputatları ilə 2007-ci ilin büdcəsi haqqında qanun layihəsinə dair məsələ ilə bağlı görüş keçirib.

Xüsusilə 24 mln tenqe məbləğində pul buraxılmasını tələb edən deputatların bir sıra təklifləri müzakirə olunub. Baş nazir hökumətin nazirlik və idarələrin xərclərini azaldaraq bu vəsaitləri araşdırması barədə parlamentarilərə məlumat verib. Bundan başqa, hökumətin ehtiyatı da 2 mlrd. tenqe azaldılıb.

Əlavə vəsatiləri dövlət dilinin inkişafına, yerli əhəmiyyətli yolların, su təchizat sistemlərinin, təhsil obyektlərinin yenidən qurulması və inşasına, parlamentin maddi-texniki təchizatına yönəldilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti