...

Tacikistanda prezident seçkiləri başlayıb

Dünya xəbərləri Materials 6 Noyabr 2006 11:19 (UTC +04:00)

Tacikistanda səhər saat 6-da prezident seçkiləri başlayıb. Bütün 3040 seçki dairələri açılıb. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Seçicilərin siyahısına təxminən 3,4 mln. nəfərin soyadı daxil edilib. İlk dəfə Tacikistan başçısının seçkilərində indiki prezidentə, Xalq demokratik partiyasının lideri Emomali Raxmonova 4 nəfər opponentlik edəcək. Bunlar Kommunist partiyası MK katibi, milli parlamentin aşağı palatasının deputatı İsmoil Talbakov, İqtisadi islahatlar partiyasının sədri, Tacikistan nəqliyyat institutunun rektoru Olimcon Boboyev, Sosialist partiyanın başçısı Abduxalim Qafarov və Aqrar partiyanın lideri Amir Karakulovdur. Tacikistanın siyasi müxalifəti bu seçkilərdə saat 09:00-da 45,5 faiz təşkil edib. Ölkənin ən böyük bölgələrindən biri Soqdiysk vilayətində seçkilər artıq baş tutmuş hesab olunur. Burada saat 09:00-da 51,1 faiz səs verib.

Xəbər lenti

Xəbər lenti