...

Cənubi Koreyada "quş qripi" virusunun yayılması ilə bağlı daha bir hal aşkar edilib

Dünya xəbərləri Materials 28 Noyabr 2006 11:45 (UTC +04:00)

Cənubi Koreyada "quş qripi" virusunun yayılması üzrə daha bir hal aşkar edilib. Koreya Respublikasının Kənd və Meşə Təsərrüfatı Nazirliyi quş fermasında ev quşlarının da bu virusa yoluxması ehtimal olunur. Burada artıq 200 ölü cücə aşkar edilib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Əvvəlki kimi, İksan şəhərində virusun yayıldığı zonadan 500 metr radiusda 236 min quşun məhv edilməsi üzrə əməliyyat davam etdirilir. Qeyd edək ki, noyabrın 25-də Seul "yüksək patogenli" H5N1 quş qripi virusunun yayıldığını rəsmən bəyan edib.

2003-2004-cü illərdə Cənubi Koreyada quş qripi virusu ölkəyə 1,61 mlrd. dollar ziyan vurub. 5 milyondan çox ev quşu məhv edilib.

Xəbər lenti

Xəbər lenti