...

Respublika parlamentinin spikeri: "Gürcüstan Rusiyadan min kubmetri 230 dollara qaz almayacaq"

Dünya xəbərləri Materials 28 Noyabr 2006 12:29 (UTC +04:00)

Noyabrın 27-də Riqada işgüzar səfərdə olan Gürcüstan parlamentinin spikeri Nino Burcanadze jurnalistlərə bildirib ki, Gürcüstan Rusiyadan min kubmetri 230 dollara olan qazı almayacaq.

PRAYM-TASS-ın məlumatına görə, spiker Gürcüstan hakimiyyət orqanlarının ölkənin qış mövsümündə qazla təchizatı üçün əlindən gələni etdiyini bildirib. "Bunun üçün bizdə bütün ehtiyatlar var və biz müxtəlif ölkələrlə müvafiq danışıqlar aparırıq". "Əgər digər dövlətlər də Rusiya kimi qaz üçün 230 dollar istəsə, onda Gürcüstan kimdən qaz alacaq?" sualına Burcanadze belə cavab verib: "Əgər bu baş versə, onda Gürcüstan qazı Rusiyadan deyil, başqa dövlətlərdən alacaq".

Gürcüstana qazla təhcizatı təmin etmək üçün 1,8 milyard kubmetr qaz tələb olunur. Hazırda Gürcüstan üçün əsas qaz tədarükçüsü Rusiyadır. Bu ilin yanvar-fevral aylarında Şimali Osetiyadakı qəza üzündən RF-dan qaz tədarükünün dayandırılması şəraitində Gürcüstan qazı Azərbaycan və İrandan alır.

Xəbər lenti

Xəbər lenti