...

Qazaxıstan prezidenti dövlət vəzifəsi daşıyanların ticarətlə məşğul olmasını yolverilməz hesab edir

Dünya xəbərləri Materials 12 Dekabr 2006 20:51 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət vəzifələrində işləyənlərin ticarətlə məşğul olmasını yolverilməz hesab edir. Bu barədə Trend Qazaxıstan-İnterfaksa istinadən xəbər verir.

"Kadrların biznesdən dövlət vəzifəsinə, dövlət xidmətindən biznesə keçməsi normaldır. Bütün bunlar çox şəffaf olmalıdır. Dövlət vəzifəsini və biznesi bir-birinə qarışdırmaq olmaz. Əgər sənin biznesin varsa, bu açıq olmalıdır"- deyə deyə N. Nazarbayev "Ataməkan" Qazaxıstan Sahibkarları Ümummilli Şurasının təmsilçiləri ilə görüşündə deyib.

"Bizdə hələlik qarışıqdır: həm bir az bizneslə məşğul olurlar, həm dövlət vəzifəsində işləyirlər və ya tərsinə. Bununla mübarizə aparmaq və sözügedən məsələdə qayda yaratmaq lazımdır"-deyə ölkə rəhbəri əlavə edib. O, bir daha biznes nümayəndələrini cəmiyyət qarşısında sosial məsuliyyətə səsləyib.

Xəbər lenti

Xəbər lenti