...

Türkmənistanda prezident seçkiləri barədə qanun qəbul olunub

Dünya xəbərləri Materials 26 Dekabr 2006 16:24 (UTC +04:00)

Türkmənistanda uzun illər mövcud olmayan prezident seçkiləri barədə qanun qəbul olunub. Bu barədə Mayak radiostansiyası xəbər verib.

Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, qəbul olunmuş qanuna görə, ölkə konstitusiyasına dövlət başçısı ölərsə, prezident səlahiyyətlərinin ölkənin baş nazirinə keçməsi barədə dəyişikliklər olunacaq.

Əvvəllər Türkmənistanda prezident seçkiləri barədə qanun olmayıb. 1992-ci ildə ilk prezident seçkilərindən sonra ölkədə nə prezident seçkiləri, nə də Saparmurat Niyazovun prezident səlahiyyətləri müddətinin uzadılması ilə əlaqədar referendum keçirilməyib. 1999-cu ildə Türkmənistanın Xalq Şurası S.Niyazovun prezidentliyinin ömürlük olması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti