...

Moskvadan Cenevrəyə uçan "Aeroflot" təyyarəsinin pilotlarını təhdid edən sərnişin Rusiya vətəndaşıdır

Dünya xəbərləri Materials 28 Dekabr 2006 19:06 (UTC +04:00)

Moskvadan Cenevrəyə uçan "Aeroflot" sərnişin reysinin pilotlarını təhdid edən sərnişin 1974-cü il təvəllüdlü Rusiya vətəndaşıdır. Bu barədə RBK-ya "Aeroflot"un mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, bu gün Rusiya aviaşirkətinin SU271 reysinin Moskva-Cenevrə marşrutu ilə uçan A-321 laynerinin pilotu göyərtədə fövqəladə vəziyyət yarandıqdan sonra Praqada planlaşdırılmamış eniş etmək qərarına gəlib. Bu barədə Trend xəbər verir.

Endikdən sonra aydın olub ki, sərxoş vəziyyətdə olan sərnişin təyyarəni partladacağını bildirib və marşrutu dəyişməyi tələb edib. Yerə endikdən sonra xuliqan neytrallaşdırılıb və Çexiya polisinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti