...

Belorusiya və Ukrayna prezidentlərinin görüşü fevralın ikinci yarısına təyin olunub

Dünya xəbərləri Materials 9 Yanvar 2007 19:10 (UTC +04:00)

Belorusiya və Ukrayna prezidentlərinin görüşü fevralın ikinci yarısına təyin olunub. "Bu gün Ukrayna tərəfinin təşəbbüsü ilə Aleksandr Lukaşenko və Viktor Yuşşenkonun telefon danışığı baş tutub, onlar aktual beynəlxalq problematika barədə fikirlərini bölüşüb və Belorusiya-Ukrayna əməkdaşlığının inkişafı məsələsini müzakirə ediblər"- prezidentin mətbuat xidmətindən belə xəbər veriblər.

Dövlət başçıları ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dinamikasını müsbət qiymətləndiriblər. Söhbətin əsas mövzusu prezidentlərin qarşıdakı görüşü olub. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti