...

İslam Respublikası ABŞ hərbi qulluqçularının tutduğu iranlı diplomatların dərhal azad olunmasını tələb edib

Dünya xəbərləri Materials 11 Yanvar 2007 20:19 (UTC +04:00)

ABŞ-ın İraqdakı qoşunlarının hərbi qulluqçuları bu gün səhər İran İslam Respublikasının Erbil şəhərindəki konsulluğuna soxularaq diplomatik nümayəndəliyin beş əməkdaşını tutub.

İRNA-nın müxbirinin verdiyi xəbərə görə, hadisə yerli vaxtla səhər 5-00 da baş verib. Amerika hərbçiləri konsulluğun mühafizəçilərini tərk-silah edərək qapını sındırıb və binaya daxil olublar. Heç bir izahat vermədən onlar diplomatik nümayəndəliyin beş əməkdaşını həbs edib, mebelləri sındırıb və mənzildəki sənədləri müsadirə ediblər.

İranın Bağdadakı səfirliyi İraqın daxili işlər nazirliyinə etiraz edib və İraq hökumətindən konsulluğun əməkdaşlarının dərhal azad olunması üçün tədbirlər görməyi tələb edib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti