...

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanını İraqdakı sülhməramlı prosesdə fəal iştirak etməyə çağırıb

Dünya xəbərləri Materials 12 Yanvar 2007 16:04 (UTC +04:00)

Səudiyyə Ərəbistanı İraqda daxili siyasi vəziyyətin sabitləşməsi prosesində fəal iştirak etməlidir. Bu bəyanatı ABŞ dövlət katibi Kondoliza Rays xarici işlər üzrə ABŞ nümayəndələr palatasının komitəsində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının qonşuluğunda "siyasi münasibətdə sınaqlara dözməyən" qeyri-sabit dövlət olması regionda vəziyyətə təsir göstərə bilər, nəticədə İran vəziyyətdən Yaxın Şərqdə öz hakimiyyətini gücləndirmək üçün istifadə edə bilər. Bunu "RBK"ya istinadən Trend bildirir.

ABŞ dövlət katibi qeyd edib ki, heç kəs Səudiyyə Ərəbistanı hakimiyyətini İraqa öz hərbçilərni göndərməyə çağırmır, belə ki, İraq hakimyyəti də buna qarşı çıxır. "Associated Press" agentliyi bildirir ki, K.Reys bununla yanaşı vurğulayıb ki, Səudiyyə Ərəbistanının İraqdakı siyasi proseslərdə məsləhətçi və ya vasitəçi qismində iştirak etməsi ölkədə mövcud olan fikir ayrılıqlarını azalda bilər.

K.Reys həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı İraqın borcunun hissə-hissə bağlanması məsələsini də nəzərdən keçirməlidir.

Xəbər lenti

Xəbər lenti