...

Gürcüstan ədliyyə naziri Avropa İttifaqı nümayəndə heyəti ilə görüşüb

Dünya xəbərləri Materials 16 Yanvar 2007 16:03 (UTC +04:00)

Gürcüstanın ədliyyə naziri Giya Kavtaradze, onun birinci müavini Konstantin Korkeliya və müavini Givi Mikanadze Avropa İttifaqı nümayəndə heyəti ilə görüşüb.

Trend in Tbilisidəki müxbirinə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinə Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktoratının Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri direktoratının rəhbəri Xyu Minqarel başçılıq edir.

Görüşdə tərəflər Gürcüstanda gedən hüquqi islahatları, eləcə də ölkə ərazisində münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələsini nəzərdən keçirib. Görüş çərçivəsində gürcü tərəfi münaqişə zonalarında insan haqlarının gözlənilməsi məsələsinə xüsusi diqqət ayırıb.

Xəbər lenti

Xəbər lenti