...

Ukraynada işsizliyin səviyyəsi artır

Dünya xəbərləri Materials 19 Yanvar 2007 16:20 (UTC +04:00)

Hazırda Terpopolşinada bir iş yerinə 33 qeydiyyatda olan, işləməyən vətəndaş iddia edir. Bu ilin 1 yanvar tarixində vilayətdə işsiz kəndlilərin sayı 67,8% təşkil edib. Bu barədə Ternopol vilayətinin məşğulluq mərkəzinin sosial tərəfdaşlar və ictimaiyyətlə mütəşəkkil iş və qarşılıqlı əlaqə şöbəsindən məlumat verilib.

Qərbi informasiya korporasiyasından xəbər verildiyi kimi, 1 yanvara olan məlumata görə, Ternopolşina müəssisələri 1071 boş iş yerinin olması haqqında məlumat veriblər.

Eyni zamanda təqdim olunan vakansiyaların 430-u və ya 40,1%-i minimal əmək haqqı səviyyəsində və ya aşağı səviyyədədir; 347-si (32,4%) - yaşayış minimumu səviyyəsində və ya aşağı səviyyədədir; 777 -də (72,5%) - 600 qrivendən aşağı əmək haqqı təklif olunur.

Bir boş iş yerinə ən çox iddia edənlərin olduğu yer Zbaraj rayonu- 115 nəfər, Borhiv rayonu - 93, Buçaç rayonu - 91, Kremenets rayonu - 87 və Zalişitsk rayonudur - 85. Bu barədə Trend ForUm-a istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, 1 yanvar 2007-ci il tarixinə olan məlumata görə, Ukraynada iş qabiliyyətli şəxs üçün aylıq yaşayış minimumunun həcmi "2007-ci il üçün Ukrayna Dövlət büdcəsi haqqında" Qanuna əsasən 525 qriven, minimal əmək haqqı isə - 400 qriven təşkil edib.

Xəbər lenti

Xəbər lenti