...

Fevralın sonunda Ukrayna prezidentinin Moskvaya səfəri planlaşdırılır

Dünya xəbərləri Materials 26 Yanvar 2007 11:04 (UTC +04:00)

Fevralın sonunda Ukrayna prezidenti Viktor Yuşenkonun Moskvaya səfəri planlaşdırılır.

Trend in Kiyevdəki müxbiri xəbər vrir ki, bu barədə Rusiyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Viktor Çernomırdin bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində iki sənədin imzalanması gözlənilir, əsasən, yaxın iki il müddəti üçün Ukrayna-Rusiya fəaliyyət planını. Bu sənddə "Yuşenko-Putin" dövlətlərarası komissiyanın işinin əsas istiqamətləri müəyyən ediləcək.

Səfir bu komissiyanın işə başlamasının vacibliyini qeyd edib. O deyib: "İl boyu komissiya bir araya gəlməyib. Yalnız ilin sonunda hamı qəti qərara gəldi və iclası hazırlamaq və keçirmək vəzifəsi qarşıya qoyuldu". Diplomat bildirib ki, rusiyalılar üçün adi hal deyil ki, Rusiya prezidenti hökumətlərarası komissiyaya başçılıq etsin. O əlavə edib: "Lakin bizim münasibətlərin əhəmiyyətini nəzərə alaraq prezidentlər bu komissiyaya özləri başçılıq etmək qərarına gəliblər".

Xəbər lenti

Xəbər lenti