...

Ukrayna hökuməti 2007-ci ildə HSK-nin maliyyələşdirilməsini 20-25% artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 30 Yanvar 2007 17:30 (UTC +04:00)

Ukrayna hökuməti 2007-ci ildə hərbi-sənaye kompleksinin (HSK) inkişaf proqramının maliyyələşdirilməsini 20-25% artırmaq niyyətindədir.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə baş nazir Viktor Yanukoviç bu gün Lvova səfər zamanı bildirib.

Bu zaman o qeyd edib ki, hazırda hökumət yerli hərbi-sənaye kompleksinin inkişafının dövlət proqramının yeni istiqamətlərini hazırlayır.

Bu işin yekunlarına görə, hökumət hərbi-sənaye sahəsinin inkişafının prioritet istiqamətlərini müəyyən edəcək.

Xəbər lenti

Xəbər lenti