...

U.Çavesin hərbi məsləhətçisi Venesuelanın xaricdən zenit-raket kopleksi almaq niyyətində olduğunu təsdiq edib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:38 (UTC +04:00)

Venesuela prezidenti Uqo Çavesin hərbi məsləhətçisi general Alberto Müller Karakasın dövlətin hava hucumuna qarşı müdafiə sisteminin yaradılması üçün xaricdən zenit-raket kompleksini (ZRK) almaq niyyətində olduğunu təsdiqləyib.Generalın sözlərinə görə, Venesuela bu cür müdafiə
sisitemlərinin potensial təchizatçı kimi Rusiya variantını nəzərdən keçirir.

A.Müller neft emal edən şirktləri, hidroelektrik stansiyaları, körpü və "strateji obyektlər"i havadan olan mümkün hücumdan qorumaq üçün Venesuela üçün ZRK-nin vacibliyini vurbulayıb.

"Onlar kiməsə hücum üçün yox, müdafiə üçün lazımdır. Biz -ABŞ deyilik. Bizim imperialist ambisiyalarımız yoxdur", deyə general bəyan edib. "Assoşeyted Press"in məlumatına əsasən, bununla belə o, Venesuelanın hansı modifikasiyalı ZRK-nin əldə edəcəyini dəqiqləşdirməyib.

U.Çaves dəfələrlə ABŞ -ı Venesuelaya hərbi müdaxilə hazırlığında olmasınad günahlandırıb. Vaşinqton bu ittihamları rədd edir. "RBK"yə istinadən Trend məlumat verir ki, bununla yanaşı, Venesuela lideri ölkə vətəndaşlarını ABŞ tərəfindən istənilən vaxt təcavüzə məruz qalmağa hazır olmağa çağırıb.

Ötən ilin avqustunda U.Çaves Venesuelada müasir havahücümündan müdafiə sisteminin yaradılması planı haqqında elan edib. Bu sistemin komponentlərinin təchizatçıları qismində Karakas Rusiya, Belorusiya və İranı nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti