...

İndoneziya paytaxtında son 5 ildə ən güclü daşqın olub

Dünya xəbərləri Materials 2 Fevral 2007 19:36 (UTC +04:00)

Fasiləsiz olaraq yağan yağışlar İndoneziyanın paytaxtı Cakartada son 5 ilin ən güclü daşqınını yaradıb. Şəhərin küçələrində suyun səviyyəsi 2 metr təşkil edib.

Trend xəbər verir ki, dəqiqləşdirilməmiş məlumatlara görə, daşqın nəticəsində yaranmış qısa qapanma zamanı iki nəfəri cərəyan vuraraq öldürüb.

Paytaxtda və ətraf yerlərdə avtomobil yolları və dəmir yollarını yağış suları yuyaraq dağıdıb. Cakarta polisinə istinadən "Reuters" agentliyi bildirir ki, 293 elektrik stansiyasında enerji ötürülməsində problem yarandığından şəhər elektrik enerjisiz qalıb.

Xəbər lenti

Xəbər lenti