...

NATO və Qazaxıstan gələcək əməkdaşlıq perspektivlərinə baxıb

Dünya xəbərləri Materials 6 Fevral 2007 19:31 (UTC +04:00)

Trend in Astanadakı xüsusi müxbiri Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, NATO və Qazaxıstan gələcək əməkdaşlıq perspektivlərinə baxıb.

Nazirliyin yaydığı press-relizdə bildirilir ki, bu gün NATO baş katibinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons və Qazaxıstanın müdafiə naziri Danial Axmetov beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Məlumatda bildirilir ki, "Tərəflər beynləxalq və regional təhlükəsizlik, həmçinin terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi, digər regional təşkilatlarla qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub".

Press-relizə əsasən, həmçinin müdafiə sahəsində islahatlar, hərbi kabrların hazırlanması ilə bağlı qarşılıqlı məsələlərə də baxılıb.

Xəbər lenti

Xəbər lenti