...

Türkiyədə zəlzələ nəticəsində yaranmış təşvişdə 28 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:49 (UTC +04:00)

Türkiyədə zəlzələ nəticəsində yaranmış təşvişdə təxminən 30 nəfər xəsarət alıb. www.rbc.ru istinadən Trend xəbər verir ki, Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ bu gün yerli vaxtla 4:22-də Türkiyənin cənubi-şərqində Əlyaziq əyalətində baş verib.

Yeraltı təkanları hiss edən əhali təşviş içində evlərini tərk etməyə başlayıb. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, 28 nəfər sınıq və yaralarla xəstəxanaya yerləşdirilib.

"Associated Press" agentliyi xəbər verir ki, zəlzələ ciddi dağıntılar yaratmayıb.

Xəbər lenti

Xəbər lenti