Türkmənistanda keçirilən prezident seçkilərinin son nəticələri "fevralın 14-də məlum olacaq". Bu barədə www.itar-tass.com agentliyinə bu gün Türkmənistanın Moskvadakı səfirliyindən bildiriblər.
Keçən bazar günü Türkmənistanda tarixdə ilk dəfə olaraq dövlət başçısı vəzifəsinə alternativ seçkilər keçirilib. Trend xəbər verir ki, Mərkəzi Seçki Komitəsinin məlumatlarına əsasən seçkidə ümumi seçicilərin 98,65 faizi iştirak edib ki, bu, 2,6 mln. nəfərdən artıq deməkdir.