...

İran və İndoneziya mineral gübrələr istehsalı üzrə zavodun birgə tikintisi haqqında müqavilə imzalayıb

Dünya xəbərləri Materials 17 Fevral 2007 11:56 (UTC +04:00)

Cakartada İİR Məclisinin sədri Qulam -Əli Xaddad Adilin İndoneziyaya rəsmi səfəri çərçivəsində İranda mineral gübrələrin istehsalı üzrə zavodun birgə tikinti şərtləri haqqında müqavilənin təntənəli imzalanma mərasimi keçirilib.

www.irna.ir saytının verdiyi xəbərə görə, İran və İndoneziya tərəflərinin imzaladığı müqavilə zavodun tikintisi üçün birgə şirkətin yaradılmasını nəzərdə tutur.

Sənədin imzalanması mərasimində İndoneziyanın sənaye naziri Fəhmi İdris, İndoneziya prezidentinin Yaxın və Orta Şərq ölkələrində iqtisadi layihə məsələləri üzrə xüsusi nümayəndəsi Alavi Şahab, İİR-in xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini Mehdi Səfəri və İİR-in İndoneziyadakı səfiri Bəhruz Kamalvandi iştirak ediblər.

Mərasimdə çıxış edən İdris ikitərəfli ticari -iqtisadi münasibətləri inkişaf etdirməyə səy göstərmələrinə və birgə iqtisadi layihələrin dəstəklənməsinə görə İran və İndoneziya prezidentlərinə öz minnətdarlığını bildirib. O, bu zavodun tikintisinin 2007-ci ilin sonunadək başlayacağına ümid etdiyini bildirib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti